Cəlilabad rayonunun Təzəkənd kəndində ev yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Ümumi sahəsi 153 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın FNH-in əməkdaşları tərəfindən söndürülüb.