Cəlilabadda qanunsuz saxlanılan silahlar sakinlər tərəfindən təhvil verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 noyabr tarixində verir.
Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində beş nəfər rayon sakini qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.