top
Cəlilabadda AİLƏ FACİƏSİ: Qardaş iraqlı ilə sevgili olan bacısını kəmərlə boğdu
02 dekabr 2024, 03:57
- +

Cəlilabadda AİLƏ FACİƏSİ: Qardaş iraqlı ilə sevgili olan bacısını kəmərlə boğdu

“Bacımın iraqlı istədiyi var idi. Evdəkilər ona razılıq vermədilər. Buna baxmayaraq, danışmağa davam etdi”.

Cenublu.az-ın əldə etdiyi məlumata görə, bu sözləri məhkəmə qarşısında bacısını bel kəməri ilə boğub öldürməkdə təqsirləndirilən Məhəmməd Şahbazov (ad şərtidir) deyib.

Belə ki, Məhəmməd Şahbazov 2006-cı ildə Cəlilabadda anadan olub. Məhəmməd evə girən zaman 2003-cü il təvəllüdlü bacısı Rəqsanə Şahbazovanın internet vasitəsi ilə tanış olduğu İraq Respublikasında yaşayan “Hüseyn” adlı şəxslə danışdığını görüb. Rəqsanənin Hüseynlə sevgi münasibəti yaşadığı məlum olub. Məhəmməd bacısını öldürmək qərarına gəlib. Otaqda yerdə olan bel kəmərini (qayışı) götürüb arxasını ona çevirib gedən bacısının boynuna keçirib. Kəməri sıxaraq bacısını həyatdan məhrum edib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (bir şəxsi qəsdən öldürmək) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Hüseynovun sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Məhəmməd Şahbazova ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü təqsirli bilməyərək deyib:

“Hadisə günü səhər yuxudan oyanıb yeməyimi yedikdən sonra həyətdə velosipedimi düzəldirdim. Velosipedi rəngləmək üçün boya almaq istədim, amma anam pul vermək istəmədi. Bir az əsəbiləşdikdən sonra anam pul verdi, mən də gedib boyanı aldım. Daha sonra məsciddə işləyən atamın yanına getdim. Orada olarkən atama zəng gəldi. Nə olduğunu soruşsam da, atam heç nə demədi. Birlikdə evə getdik. Küçəyə çatanda çox adam olduğunu gördüm, həyətə girdikdə bacım Rəqsanənin vəfat etdiyi deyildi. 3 gün sonra polislər gəlib məni bacımı öldürdüyüm üçün apardılar. Rəqsanəni mənim öldürmədiyimi desəm də, inanmadılar.

Anamdan bacımın necə ölməsini soruşanda, kəmərlə özü-özünü boğduğunu dedi. Rəqsanənin istədiyi Hüseyn adlı oğlan var idi. Valideynlərim ona vermədilər, danışmağına qadağa qoydular. Amma Rəqsanə gizlin də olsa, danışmağa davam edirdi.

Onu da deyim ki, bacım dəfələrlə özünü öldürmək istəyib. Bir neçə dəfə damarlarını kəsib”.

Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Rəqsanə Şahbazovanın hüquqi varisi, atası Habil Şahbazov ifadəsində göstərib ki, qızı özü-özünü boğub:

“Hadisə günü səhər saatlarında məscidə beton tökmək üçün getdim. Həmin gün oğlum Məhəmməd evdə idi. Məsciddə iş görən zaman Məhəmməd yanıma gəldi. Məhəmməd yanımda olarkən yeznəm Zaur zəng edərək təcili evə gəlməyimi istədi. Buna görə də narahat olub, Məhəmmədlə birlikdə evə getdim. Evə çatdıqda təcili tibbi yardımın qapıda olduğunu gördüm. Qızımın öldüyünü eşitdim. Dəfn işləri ilə məşğul olduqdan 3 gün sonra polislər gəlib Məhəmmədi bacısını öldürdüyü üçün apardılar. 5 aydır ki, Məhəmmədi qanunsuz həbs ediblər. Məhəmməd qorxduğu üçün belə ifadə vermişdir. Rəqsanə özü-özünü boğaraq öldürüb”.

Habil Şahbazov oğlu Məhəmməd Şahbazovun bu hadisəni törətmədiyini söyləyərək, məhkəmədən ona bəraət verilməsini xahiş edib.

Məhkəmə materiallarında əlavə olaraq qeyd edilib ki, həmin həyətdə əvvəllər oğurluq olduğu üçün kamera quraşdırılıb. Həmin kameranı Habil Şahbazovun qardaşı Xəqani Almaniyadan gətirib. Bundan başqa, Məhəmməd, Xəqani və Almaniyada yaşayan digər qardaşı Nizami də internet vasitəsilə həmin kamera görüntülərinə baxa biliblər. Hadisə baş verən gün yaşadığı evə gəldikdən sonra Habil Şahbazov qardaşı Nizaminin kameradan evdə baş verənləri görə biləcəyini düşünüb kameranı açdırıb. Lakin hadisə baş verən vaxt da daxil olmaqla axşam saatlarına qədər qeydə alınmış görüntülər kameranın üzərində olan yaddaş kartında olub. Ailə üzvləri Məhəmmədin tutulmasından sonra yaşadığı evdə olan kameranın qeydə aldığı görüntülərə baxıblar. Görüntülərdə Məhəmmədin bacısını öldürməyi təsdiqini tapıb. Bildirilib ki, Xəqani bu görüntüləri əvvəlcədən görüb. Lakin qardaşının ürəyinin dözməyəcəyindən ehtiyatlandığı üçün görüntülərdəki Rəqsanənin ölüm anını ona göstərməyib.

Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.

Sonda məhkəmənin yekun qərarı ilə Məhəmməd Şahbazov 9 il müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:48

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Bütün xəbərlər
Bu gün, 16:45

Lənkəranda sahibsiz itlər sakinləri narahat edir

Kriminal
Bu gün, 16:10

Falçı xalası tərəfindən döyüldüyünü deyən yeniyetmə MƏHKƏMƏDƏ DANIŞDI

Bütün xəbərlər
Bu gün, 15:40

Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib

Kriminal
Bu gün, 15:00

Səfərbərlik Xidmətinin həbsdə olan sabiq əməkdaşı azadlığa buraxılıb

Bütün xəbərlər
Bu gün, 14:20

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:40

Şəhid Xalid Kamranlının doğum günüdür

Cəmiyyət
Bu gün, 13:03

Cəlilabad sakini ölü döl dünyaya gətirib

Kriminal
Bu gün, 12:26

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 11:53

Masallı sakini Rusiyada qəfil vəfat etdi

Siyasət
Bu gün, 11:30

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Bütün xəbərlər
Bu gün, 10:55

Qarabağ müharibəsi şəhidi Rafiq Məmmədovun doğum günüdür

İqtisadiyyat
Bu gün, 10:12

Ev şəraitində hazırlanaraq bazara çıxarılan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

Bütün xəbərlər
Bu gün, 09:27

Neftçalada kişi evinin həyətində ölü tapıldı

Bütün xəbərlər
Dünən, 17:04

Cəlilabadda sakin tüfəngdən açılan atəş nəticəsində ağır yaralandı

Bütün xəbərlər
Dünən, 16:40

ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb

Kriminal
Dünən, 16:00

Lənkəranda 76 min manata yaxın pul oğurlayanlar saxlanılıblar

Bütün xəbərlər
Dünən, 15:20

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Bütün xəbərlər
Dünən, 14:40

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:10

Masallıda 4 yaşayış məntəqəsinin qazı müvəqqəti kəsiləcək

Bütün xəbərlər
Dünən, 13:30

Masallının bu məktəbi aylardır işıqsız və susuz qalıb

Bütün xəbərlər
Dünən, 12:50

Lənkəranda 30-dan yuxarı küçədə abadlıq işlərinə başlanılacaq

Bütün xəbərlər
Dünən, 12:10

DYP kənd texnikası sürücülərinə müraciət etdi

İqtisadiyyat
Dünən, 11:31

Azərbaycan nefti ucuzlaşıb

Oxşar xəbərlər