Cəlilabad rayonunun Qarakazımlı kəndində “Azəriqaz” İB tərəfindən keçirilən “Açıq mikrofon”da vətəndaşların müraciətləri dinlənilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 dekabr tarixində Azərforum-a istinadən verir.
Qəbulda Babaxanlı, Qarakazımlı, Zərbəli, Sarxanlı, Moranlı, Dələli kənd sakinləri təbii qazla təmin olunmalarını xahiş ediblər. Onlara bölgələrdə həyata keçirilən qazlaşma işlərinin mərhələli şəkildə yerinə yetirildiyi barədə məlumat verilib.
Daha sonra aksiya çərçivəsində şəhid ailəsinin müraciətinə yerində baxış keçirilib. Görüş zamanı birliyin məsul şəxsləri şəhidin ailə üzvlərinin qayğıları ilə yaxından maraqlanıblar.