Cəlilabad rayonunda abadlıq və quruculuq işləri geniş vüsət alıb. Bu haqda bu gün, 7 mart tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.
Abadlıq-quruculuq işləri çərçivəsində şəhərdaxili yollarda asfaltlama işləri aparılır, yol kənarına yaşıllıq zolaqları salınır, piyadaların rahat hərəkətinin təmin olunması məqsədilə səkilər yenidən qurulur və yol kənarlarına müasir işıqlandırma sistemləri quraşdırılır. Həmçinin şəhər ərazisində insanların arzu və istəkləri nəzərə alınaraq, mövcud parklar da abadlaşdırılır.
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Heydər Əliyev parkında yerləşən rəngli fəvvarənin təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib, fəvvarədə aparılan təmir işləri ilə tanış olub.