Cəlilabad rayonunun Göytəpə şəhərində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 sentyabr tarixində verir.
Məlumata görə, ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları məhv olub.
Ətrafdakı tikililəri yanğından mühafizə etmək mümkün olub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.