Cəlilabad Xəstəxanasında anadan olan körpə ölüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 avqust tarixində verir.
Belə ki, Cəlilabad rayon sakini, 30 yaşlı Firuzə Ağayeva 22 avqust tarixində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya uşaq gətirib. Lakin körpə 6 gün sonra, 28 avqust tarixində evdə dünyasını dəyişib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.