Cəlilabad rayonunun Təzəkənd kəndində tarixi məkan aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 oktyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialına istinadən verir.
Aşkar olunan çoxsaylı maddi-mədəni nümunələrin araşdırılması ilə bağlı rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib və AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna bu barədə məlumat verilib.
Araşdırma işlərinin həyata keçirilməsində ADPU-nun Cəlilabad filialının Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarix üzrə tədqiqatçı Ələsgər Mirzəzadə yaxından iştirak edib.