Cəlilabadlı qadın oğurluq etdiyinə görə saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 dekabr tarixində verir.
Mehdiabad qəsəbəsində marşrut avtobusunda bir nəfərin bank kartı və sənədi olan pulqabı, həmin bank kartından isə hesabındakı 310 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Cəlilabad rayon sakini olan qadın şübhəli bilinərək tutulub.
Faktla bağlı araşdırma aparılır.