Cəlilabad RİHB-nin Cəlilabad Şəhər Ərazi Nümayəndəliyi “Cəlilabad şəhərində yolların əsaslı təmiri” tenderinin nəticələrini elan edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 oktyabr tarixində Fed.az-a istinadən verir.
Tenderin qalibi “Topxana Layihə İnşaat” MMC olub. Qalib şirkətə 394.818 manat ödəniləcək.