Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatına kadr təyinatı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 mart tarixində verir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun müvafiq sərəncamı ilə Xəlilova Xumarə Elşad qızı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifəsinə təyin olunub.