19 sentyabrda Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ordumuzun Cəlilabaddan olan hərbi qulluqçusu Seymur Sahib oğlu Şabıyev şəhidlik zirvəsinə ucalıb.
Qəhrəmanımızın nəşi doğulub böyüdüyü Mirzəli kəndinə gətirilərək dəfn olunub. Dəfn mərasimi zamanı Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhidimizin atasına üçrəngli bayrağımızı təqdim edib.