19 sentyabrda Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ordumuzun Cəlilabaddan olan 8-ci şəhidi dəfn olunub.
Bu, 23 yaşlı Cəlilabad rayonunun Muğan kəndindən olan Ramazan Həmdulla oğlu Hüseynzadədır.
Qeyd edək ki, Ramazan Hüseynzadə əslən Lerik rayonunun Orand kəndindəndir.
Qəhrəmanımız Cəlilabad rayonunun Muğan kəndində dəfn olunub.