top
Bu il cənub bölgəsində 4 məktəb binasının tikilib istifadəyə verilməsi planlaşdırılır
07 fevral 2025, 07:11
- ↺ +

Bu il cənub bölgəsində 4 məktəb binasının tikilib istifadəyə verilməsi planlaşdırılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni məktəblərin tikilib istifadəyə verilməsi daha çox şagirdin təhsil alma imkanlarını genişləndirir. Xüsusilə əhalinin sıx yaşadığı bölgələrdə bu addım uşaqların daha yaxşı təhsil mühitində yetişməsinə və keyfiyyətli bilik əldə etməsinə müsbət təsir göstərir. Bəs, görəsən, bu il Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üçün neçə yeni binanın tikintisi nəzərdə tutulur?

Lənkəran-Astara Regional Təhsil İdarəsindən azertag.az-a bildirilib ki, idarənin tabeliyindəki təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi əsas prioritetləri arasındadır. Belə ki, idarənin tabeliyində 536 ümumtəhsil, 121 məktəbəqədər, 11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. 

Hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumilikdə 7 təhsil müəssisəsində cari, 5 təhsil müəssisədə əsaslı təmir işləri aparılır, eləcə də 18 təhsil müəssisəsində tikinti işləri (bina və qazanxana) icra edilir. Növbəti tədris ili üçün 80-ə yaxın təhsil müəssisəsində cari və əsaslı təmir işlərinin aparılması və tamamlanması planlaşdırılır. Bu tədris ilinin başlanğıcında 3 təhsil müəssisəsi - Masallı rayon Qəzvinoba kənd və Cəlilabad rayon Pərdi kənd ümumi orta məktəbləri tikilib, Lənkəran rayonu Çay fabriki qəsəbə tam orta məktəb üçün isə uyğunlaşdırılmış konteyner tipli bina istifadəyə verilib.

“Bu il isə Lənkəran rayonunun Viyən kənd, Astara rayonunun Sərək və Şümrüd kənd, Lerik rayonunun Cəngəmiran kənd məktəblərinin tikilib istismara verilməsi planlaşdırılır”, - deyə bildirilib.

Qeyd edək ki, idarə üzrə 60-a yaxın təhsil müəssisəsinin istilik sistemi qazla işləyən mərkəzləşdirilmiş istilik sistemi ilə əvəzlənib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər