top
Bu gün Vətən müharibəsi şəhidlərinin doğum günüdür
13 fevral 2025, 22:58
- ↺ +

Bu gün Vətən müharibəsi şəhidlərinin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətən uğrunda canlarından keçən şəhidlərimiz – Ülvi Nüsrətbəylinin, Əlimərdan Quluzadənin və Rövşən Eynullayevin ad günüdür.

Ülvi Arif oğlu Nüsrətbəyli 1999-cu il fevralın 14-də Masallı rayonunun Güllütəpə kəndində anadan olub. 

O, 2020-ci ilin iyulundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Əlimərdan Fəttah oğlu Quluzadə 1993-cü ildə Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub. 

2008-2011-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq leytenant rütbəsi alıb.

O, 2016-cı ildə uğurlu Aprel döyüşlərinin iştirakçısı olub.

Orduda nümunəvi zabit kimi xidmət göstərdiyinə görə 2013-cü ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” və 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medallarına layiq görülüb.

Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına döyüşüb. Oktyabrın 6-da Füzulidə gedən qanlı döyüşlər zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.

Şəhid Birinci Yeddioymaq kənd qəbiristanlığında izdihamla dəfn olunub. İki qız övladı yadigar qalıb.

Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Rövşən Elşən oğlu Eynullayev 2000-ci il fevralın 14-də Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. 

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Rövşən Eynullayev 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak edib, həmin ayın 29-da Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə  düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.

O, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Oxşar xəbərlər