Astaralı MAXE hərbi qulluqçu Elkiyar Məmmədovun xatirəsi anılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində verir.
Elkiyar Məmmədov 7 avqust 1992-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. O, 2010-2012-ci illərdə Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət edib․ 2013-cü ildən Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissədə MAXE sürücü kimi xidmətə başlayıb․ 2015-ci ildə Füzuliyə ezam olunub.
Elkiyar Məmmədov Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə savaşıb. O, 1 noyabr tarixində Xocavənd döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib.
Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.