top
Bu gün Şəkər Aslanın doğum günüdür
10 oktyabr 2023, 05:25
- ↺ +

Bu gün Şəkər Aslanın doğum günüdür

Bu gün, 10 oktyabr tarixində şair, dramaturq, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl Qələm” mükafatının laureatı olan Şəkər Aslanın doğum günüdür.

Şəkər Aslan 1937-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. 1969-cu ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib. Əmək fəaliyyətinə Lənkəran Mədəniyyət Evində başlayıb. 1964-1968-ci illərdə “Leninçi” (sonralar “Lənkəran”) qəzetində ədəbi işçi, 1968-1970-ci illərdə Azərbaycan KP Lənkəran komitəsində təlimatçı, 1970-1992-ci illərdə “Leninçi” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1992-ci ildə “Söz” ədəbi-bədii jurnalını təsis edib.1994-1995-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri olub.

Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına (1981) və “Şərəf nişanı” ordeninə layiq görülüb.

Ədəbi fəaliyyətə “Sosialist subtropikası” Lənkəran rayon qəzetinin 23 iyul 1953-cü il tarixli sayında çıxan “Koreyalı bacıma” adlı şeiri ilə başlayıb. Çap etdirdiyi şeir kitablarında Vətənə məhəbbət, doğma təbiətin gözəllikləri, müasir insanların zəngin mənəvi dünyası, istək və arzuları, sevgiləri öz əksini tapıb. Şeirləri bir sıra xarici dillərə tərcümə olunub. Publisistik məqalələrin, Lənkəran çayının tarixinə, xüsusiyyətlərinə həsr olunmuş “Samovara od salmışam” bədii-publisistik kitabının müəllifidir.

“Sən kimsən, Ata?” (1982), “Birtərəfli hərəkət” (1987) pyesləri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub.

Şeirlərinə Tofiq Quliyev, Tofiq Əhmədov, Ramiz Mustafayev, Rauf Hacıyev, Nəriman Məmmədov, Vasif Adıgözəlov, Ramiz Mirişli, Ə.Əzimov, H.Adıgözəlzadə, Oktay Kazımov, Emin Sabitoğlu kimi görkəmli bəstəkarlar musiqi bəstələyiblər.

Şəkər Aslan 12 iyun 1995-ci ildə, 58 yaşında dünyasını dəyişib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
Bu gün, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Bütün xəbərlər
Bu gün, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:30

Gələn həftə Drakonid meteor yağışı olacaq

Bütün xəbərlər
Bu gün, 12:50

Oktyabrda 9 gün iş olmayacaq - TARİXLƏR AÇIQLANDI

Kriminal
Bu gün, 12:15

Lənkəranlı söyüşə görə qardaşını öldürüb - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 11:37

Vətən müharibəsi şəhidimizin ad günüdür

Kriminal
Bu gün, 11:00

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Bütün xəbərlər
Bu gün, 10:26

Bu gündən əsgərlər ehtiyata buraxılır

Kriminal
Bu gün, 09:41

Masallıda qəza olub, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 09:03

Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub

Bütün xəbərlər
Bu gün, 00:05

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

İqtisadiyyat
Dünən, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
Dünən, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
Dünən, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
Dünən, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
Dünən, 14:30

İgid şəhidimizin anım günüdür

Kriminal
Dünən, 13:50

DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənildi

Bütün xəbərlər
Dünən, 13:15

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Cəmiyyət
Dünən, 12:40

Oktyabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Kriminal
Dünən, 12:05

Lənkəranda qardaşların mülk davası: biri digər ikisini döydü

Bütün xəbərlər
Dünən, 11:30

Bacısını görməyən şəhidimizin ad günüdür

Oxşar xəbərlər