top
Bu gün şəhid Vüsal Kazımovun anım günüdür
29 noyabr 2023, 06:58
- ↺ +

Bu gün şəhid Vüsal Kazımovun anım günüdür

Bu gün, 29 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi Vüsal Kazımovun anım günüdür.

Vüsal Kazımov 1990-cı ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. Mais Mirzəcanov adına Lənkəran rayonu Yuxarı Nüvədi kənd tam orta məktəbində təhsil alıb. Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasını fərqlənmə diplomu ilə bitirib.

O, Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı daha sonra Lənkəran şəhər Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru vəzifəsində çalışıb.

Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak edib. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayıb. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə həlak olub. 29 noyabr 2020-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kəndində böyük izdihamla dəfn edilib.

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.

Ailəli idi. Iki qız övladı – 2 yaşlı Aynur və 8 yaşlı Nuray Vətənə əmanət qalıblar.

Onun atası Lənkəran Dövlət Universitetinin prorektoru, filologiya elmləri doktoru Kamran Kazımov, anası isə Yuxarı Nüvədi kənd məktəbinin müəllimi Gülər Kazımovadır.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
Bu gün, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
Bu gün, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
Bu gün, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
Bu gün, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
Bu gün, 14:30

İgid şəhidimizin anım günüdür

Kriminal
Bu gün, 13:50

DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənildi

Bütün xəbərlər
Bu gün, 13:15

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Cəmiyyət
Bu gün, 12:40

Oktyabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Kriminal
Bu gün, 12:05

Lənkəranda qardaşların mülk davası: biri digər ikisini döydü

Bütün xəbərlər
Bu gün, 11:30

Bacısını görməyən şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 10:55

Cəlilabad kəndində təhlükəli mənzərə: elektrik naqilləri yerə düşüb - VİDEO

Kriminal
Bu gün, 10:20

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Bütün xəbərlər
Bu gün, 09:40

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 09:05

Lənkəranın 6 kəndində qaz olmayacaq

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Kriminal
Dünən, 17:46

Başını divara çırpıb təpiklədi: keçmiş arvadı yenə də onu bağışladı

Bütün xəbərlər
Dünən, 17:15

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Bütün xəbərlər
Dünən, 16:40

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub

Bütün xəbərlər
Dünən, 16:10

Lənkəranda hissedilən zəlzələ olub

Bütün xəbərlər
Dünən, 15:50

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 15:15

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Kriminal
Dünən, 14:40

Lənkəranda oğlan anasının sevgilisini gicgahından bıçaqladı

Cəmiyyət
Dünən, 14:13

Astaradan olan şəhidimizin xatirəsi anılır

Oxşar xəbərlər