Bu gün Biləsuvardan olan şəhid Mehman Xanış oğlu Kərimovun doğum günüdür.
Mehman Kərimov 1975-ci ildə noyabrın 14-ü Əsgərabad kəndində anadan olub. O, Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbi bitirdikdən sonra 1993-cü ilin sonlarında hərbi xidmətə çağırılıb. M.Kərimov xidməti ərzində bir çox döyüşlərdə iştirak edib, böyük qəhrəmanlıqlar göstərib.
Mehman Kərimov 1994-cü ildə aprelin 18-də Ağdam rayonunun Güllücə kəndi və Şotlandlı-Şuraabad kəndləri istiqamətində düşmənin hücumunun qarşısının alması üzrə aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şəhidin doğulub boya-başa çatdığı, yaşadığı küçə elə onun adına əbədiləşdirilib.