Bu gün, 14 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi Kamran Vəlizadənin mövlud günüdür.
Kamran Vəlizadə 1996-cı ildə Lənkəran rayonunun Balıqçılar qəsəbəsində anadan olub.
Şəhid 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. O, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Kamran Vəlizadə 23 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.