Bu gün Vətən müharibəsi şəhidi Elməddin İsmayıl oğlu Nəzərovun dünyaya göz açdığı gündür.
Elməddin Nəzərov 1996-cı ildə noyabrın 22-də Masallı rayonunun Binə Xocavar kəndində anadan olub.
E.Nəzərov Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 30-da Qubadlı döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Masallı rayonunda dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.