top
Bu gün İqbal Bayramovun şəhidlik zirvəsinə ucaldığı gündür
05 oktyabr 2022, 04:45
- ↺ +

Bu gün İqbal Bayramovun şəhidlik zirvəsinə ucaldığı gündür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin mayoru İqbal Bayramovun şəhidlik zirvəsinə ucaldığı gündür.

İqbal Əhmədağa oğlu Bayramov 4 iyul 1977-ci ildə Lənkəran şəhərinin Hirkan qəsəbəsində anadan olub. 1984-1994-cü illərdə Hirkan qəsəbəsində A.Quliyev adına tam orta məktəbdə təhsil alıb.

1994-1998-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) "Energetika" ixtisası üzrə ali təhsil alıb. Kafedra hərbi olduğu üçün 1998-ci ildə "leytenant" hərbi rütbəsi alıb. İqbal Bayramov 1998-2004-cü illərdə hərbi xidmətdə olub. 2004-2005-ci illərdə DİN-in Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində "baş leytenant" hərbi rütbəsində Tağım Komandiri olaraq xidmət edib. 2005-ci ildə DİN-in Daxili Qoşunlarının Qala qəsəbəsində yerləşən TTM-ində təlim alıb. 2005-2008-ci illərdə bir sıra xarici dövlətlərdə də təlimlərə qatılıb.

2008-ci ildən DİN-in Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmətini davam edib. 2011-ci ildə "mayor" hərbi rütbəsi alıb və qərargah rəisinin xidmət üzrə müavini vəzifəsində xidmət edib. Daha sonra isə 7 il ərzində Daxili Qoşunların Qəbələ rayonunda və Şirvan şəhərində yerləşən "N" saylı hərbi hissələrində xidmət edib.

5 yanvar 2018-ci ildə Daxili Qoşunlarının sıralarından ehtiyata buraxılması barədə müraciət edən İqbal Bayramov, 14 yanvar "mayor" hərbi rütbəsi ilə ehtiyata buraxılıb.

Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İqbal Bayramov 5 oktyabr Cəbrayıl döyüşləri zamanı şəhid olub. Lənkəran şəhərində dəfn olunub.

Ölümündən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif olunub.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:05

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Cəmiyyət
Dünən, 17:48

Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı

Bütün xəbərlər
Dünən, 17:28

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Cəmiyyət
Dünən, 16:20

19 yaşlı şəhid Musa Mustafayevin anım günüdür

Bütün xəbərlər
Dünən, 15:30

Salyanda nar bağları məhv olur: məhsul ağacda çürüyür - VİDEO

Bütün xəbərlər
Dünən, 14:50

Masallıda 5 kənd qazsız qalacaq

Cəmiyyət
Dünən, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:30

Bu həftədən ov mövsümü başlayır

İqtisadiyyat
Dünən, 12:50

Azərbaycanda məhsul yetişməmiş qiyməti razılaşdırılacaq

Cəmiyyət
Dünən, 12:08

"Nənələr" qrupunun mərhum üzvünün oğlu müharibədə öldürüldü

Kriminal
Dünən, 11:49

Biləsuvarda ölümlə nəticələnən qəza ilə bağlı yeni qərar

Bütün xəbərlər
Dünən, 11:10

FHN havaların soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair müraciət edib

İqtisadiyyat
Dünən, 10:30

Azərbaycanda 9 ayda "e-rüsum" üzrə 53 milyon manata yaxın ödəniş olub

Bütün xəbərlər
Dünən, 09:50

Yağıntılı hava davam edir - FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 09:17

Lənkəranlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Kriminal
06 oktyabr 2026, 17:35

Salyanda sevgilisini yumruqlayıb qollarını dişləyənə CƏZA

Kriminal
06 oktyabr 2026, 17:05

15 yaşlı Masallı sakini Bakıda qətlə yetirildi

Cəmiyyət
06 oktyabr 2026, 16:15

Lənkəranda günlərlə toplanmayan zibil: 2-ci mikrorayonda antisanitariya

Bütün xəbərlər
06 oktyabr 2026, 15:30

AQTA əməkdaşlarını restorana buraxmayan sahibkar CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
06 oktyabr 2026, 14:55

Ötən ay 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb

Bütün xəbərlər
06 oktyabr 2026, 14:20

Sabah leysan yağacaq - PROQNOZ

İqtisadiyyat
06 oktyabr 2026, 13:45

DSMF: Ötən ay 179 mindən çox şəxs yaşa görə sosial müavinət alıb

Oxşar xəbərlər