Bu gün, 15 sentyabr tarixində Astara rayonunun qaz təchizatında məhdudiyyət yaranacaq. Bu haqda məlumatı Cenublu.az verir.
Belə ki, “Astara” ölçü qovşağından qidalanan S.Vurğun küçəsindən H.Əliyev küçəsinə qədər orta təzyiqli 200 mm-lik yeraltı qaz kəmərinin kipliyə sınaq edilməsi məqsədilə saat 10:00-dan işlər başa çatanadək 950 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Qeyd olunan ərazilərdə yaşayan abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.