top
Birinci Qarabağ müharibəsində döyüşən Arif Qubadov
20 sentyabr 2023, 01:15
- ↺ +

Birinci Qarabağ müharibəsində döyüşən Arif Qubadov

Arif Vəliş oğlu Qubadov 20 sentyabr 1966-cı ildə Cəlilabad rayonunun Əliqasımlı kəndində anadan olub.

O, 1983-cü ildə Əliqasımlı kənd orta məktəbini bitirib. Qubadov 1984-cü ildə Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. O, hərbi xidmətini Sovet İttifaqının müxtəlif yerlərində keçirib. 1992-ci ildə Arif Qubadov Azərbaycana gələrək Milli Orduda xidmət etməyə başlayıb [1].

18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri Laçın rayonunu işğal etdi. Daha sonra onlar Sədərəyə doğru irəlilədilər. Arif Qubadov 1992-ci ilin iyun ayında Naxçıvanın Sədərək bölgəsində gedən qanlı döyüşlərdə iştirak edib. Onun komandir olduğu tabor düşmənin xeyli canlı qüvvəsini və döyüş texnikasını məhv edib [2].

Qubadovun dəstəsi 1993-cü ilin iyun ayında Ağdam rayonuna göndərilib. O, dəstəsi ilə birgə rayonun Əfətli, Yusifcanlı və digər kəndlərini düşməndən azad edib.

Arif Qubadov 1993-cü ilin avqustunda öz taboru ilə Füzuli rayonuna yollanıb. Arif Qubadovun rəhbərliyi altında aparılan əməliyyatlar nəticəsində rayonun Əhmədbəyli, Aşağı və Yuxan Kürdmahmudlu, Alxanlı kəndləri düşməndən təmizlənib. Bundan əlavə, o, 1994-cü ildə Tərtər və Ağdərə döyüşlərində də vuruşub [1].

4 aprel 1995-ci ildə Arif Qubadov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Qubadov 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini bitirib. 2001-2003-cü illərdə isə o, Azərbaycan Respublikası Sərhəd Qoşunları Hərbi Akademiyasında təhsil alıb. Daha sonra Arif polkovnik-leytenant rütbəsinə yüksəlib.

Arif Qubadov 26 sentyabr 2009-cu ildə Türkiyədə müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib, sonra isə Əliqasımlı kəndində dəfn olunub [2].

Ədəbiyyat:


  1. Vügar Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları. Bakı-2005.

  2. http://anl.az/el/emb/MILLI_QEHREMANLAR/qehremanlarimiz/Qubadov_Arif.pdf

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
Dünən, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
Dünən, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
Dünən, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
Dünən, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Bütün xəbərlər
Dünən, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:30

Gələn həftə Drakonid meteor yağışı olacaq

Bütün xəbərlər
Dünən, 12:50

Oktyabrda 9 gün iş olmayacaq - TARİXLƏR AÇIQLANDI

Kriminal
Dünən, 12:15

Lənkəranlı söyüşə görə qardaşını öldürüb - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:37

Vətən müharibəsi şəhidimizin ad günüdür

Kriminal
Dünən, 11:00

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Bütün xəbərlər
Dünən, 10:26

Bu gündən əsgərlər ehtiyata buraxılır

Kriminal
Dünən, 09:41

Masallıda qəza olub, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 09:03

Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub

Bütün xəbərlər
Dünən, 00:05

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

İqtisadiyyat
30 sentyabr 2026, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
30 sentyabr 2026, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
30 sentyabr 2026, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
30 sentyabr 2026, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
30 sentyabr 2026, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
30 sentyabr 2026, 14:30

İgid şəhidimizin anım günüdür

Oxşar xəbərlər