Bu gün Birinci Qarabağ müharibəsi şəhidləri Seyran Quliyev və Əşrəf Hüseynovun anadan olduqları gündür.
Seyran Əliş oğlu Quliyev 1964-cü ildə Astara şəhərində anadan olub. 1993-cü ildə könüllü olaraq cəbhəyə yola düşüb. O, Füzuli istiqamətində vuruşub. 1994-cü il fevralın 2-də şəhidlik zirvəsinə ucalıb.
Əşrəf Əli oğlu Hüseynov 1975-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində doğulub. 1994-cü ildə Tərtər rayonunun Qapanlı kəndi işğaldan azad edilərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.