Biləsuvarlı fəhlə Qubadlı rayonunda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Report.az xəbər verir ki, Qubadlıda təmir-tikinti şirkətlərindən birində çalışan 48 yaşlı Sabir Kərimov hündürlükdən yıxılaraq vəfat edib.
Onun meyiti sakini olduğu Biləsuvar rayonuna gətirilib.
Faktla bağlı araşdırma aparılır.