Biləsuvardan olan polkovnik-leytenant Qoşqar Abışovun qızı Türkiyədə cərrahi əməliyyatdan sonra dünyasını dəyişib.
Qafqazinfo.az-ın əldə etdiyi məlumata görə, 14 yaşlı Məleykə Abışova iki gün əvvəl onurğa əyriliyindən əməliyyat olunub. Cərrahi müdaxilədən sonra onun səhhəti kəskin pisləşib və ötən gün vəfat edib.
Mərhumun nəşi ötən gecə Azərbaycana gətirilib və bu gün Biləsuvarda dəfn edilib.