Biləsuvar rayon Nərimankənd kənd tam orta məktəbinin təqaüddə olan müəllimi Ramiz Seyfullayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Cenublu.az xəbər verir ki, 74 yaşında vəfat edən Azərbaycan dili və ədəbiyyatı müəllimi olan Ramiz Seyfullayev ömrünün 40 ilini doğma kəndinin təhsilinə, gənc nəslin təlim - tərbiyəsinə sərf edib.
Mərhum bu gün Zabrat qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Ramiz müəllim Əməkdar jurnalist, "Qafqazinfo" saytının direktoru Elbrus Ərudun atasıdır.
Allah rəhmət eləsin!