Biləsuvar rayonunun Muğan kəndində yanğın hadisəsi qeydə alınıb.
Cenublu.az xəbər verir ki, ümumi sahəsi 300 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Tövlənin qalan hissəsi və içərisində olan ot bağlamaları yanğından mühafizə olunub. Alov söndürülüb.