Bu gün Biləsuvar rayonunun İsmətli kəndində yanğın hadisəsi baş verib.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 15 ton ot bağlaması yanıb.
Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.