Biləsuvar rayonunun Aşağı Cürəli kəndində yanğın hadisəsi baş verib.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 80 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılan 5 ton ot bağlaması yanıb. Ot bağlamalarının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Alov söndürülüb.