Biləsuvar rayonunun Nəsimi kəndində yanğın baş verib.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 60 kv.m olan talvarın yanar konstruksiyaları 20 kv.m sahədə və altında yığılan 1.5 ton ot bağlaması yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.