Biləsuvar rayonunun Bəydili kəndində “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində salınan Heydər Əliyev adına park yerli sakinləri qarşılamağa hazırdır.
Cenublu.az xəbər verir ki, park Rayon İcra Hakimiyyətinin (RİH) və Bəydili bələdiyyəsinin birgə təşkilatçılığı ilə yaradılıb.
1 hektar ərazidə salınan parkda rayonun Kommunal Müəssisələr Kombinatı və DOST xidmətinin əməkdaşları tərəfindən əvvəlcə hasarların çəkilməsi, torpaq hissəsinin hamarlanması, ərazinin təmizlənməsi işləri aparılıb, arxlar çəkilib.
Tədbirdə iştirak edən Biləsuvar RİH-nin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri parkda 152 ədəd kiparis və 400 ədəd xan çinarı ağacları əkərək suvarıblar.