top
Biləsuvarda mal-qara bazarının iş günü dəyişdirilib
25 fevral 2025, 08:15
- ↺ +

Biləsuvarda mal-qara bazarının iş günü dəyişdirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biləsuvar rayonunda fəaliyyət göstərən iri və xırdabuynuzlu heyvanların satış məntəqəsinin (Biləsuvar mal-qara bazarı) iş günü dəyişdirilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu qərar bazarda alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar sahibkarların müraciəti əsasında qəbul edilib.

Belə ki, bazar indiyədək yalnız həftənin 6-cı günü fəaliyyət göstərib. Amma digər qonşu rayonların mal-qara bazarları da həmin günü fəaliyyət göstərdiyindən bu, bazarda alıcılıq qabiliyyətinə mənfi təsir edib. Bu səbəbdən bazarda heyvan satışı kəskin şəkildə azalıb. Odur ki, bazarın iş gününün dəyişdirilməsinə qərar verilib.

Hazırda sahibkarların müraciəti əsasında bazarın mənfəətli iş gününün təyin edilməsi ilə bağlı sınaq işlərinə başlanılıb. Belə ki, ötən həftə bazarın iş günü həftənin 3-cü gününə dəyişdirilib, bu həftə isə bazarın fəaliyyəti 5-ci günə təyin olunub.

Aparılan sınaqlardan sonra bazarda alıcılıq qabiliyyətinin yüksəldilməsi üçün vahid iş günü müəyyən olunacaq.

Qeyd edək ki, Biləsuvar hazırki mal-qara bazarı 2021-ci ilin sentyabr ayından rayonun Əliabad kəndində fəaliyyət göstərir. Buraya təxminən 15 rayondan alıcı və satıcılar gəlir. Alqı-satqı mərkəzinin ərazisi 4 hektar sahəni əhatə edir. Əvvəllər sözügedən bazar şəhərin girəcəyində yerləşib. Bazar ərazidə tez-tez tıxaclar olduğuna görə köçürülüb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Oxşar xəbərlər