top
Biləsuvarda DƏHŞƏTLİ QƏTL: Qardaş bacısını başqa kişi ilə tutub...
27 noyabr 2024, 08:13
- ↺ +

Biləsuvarda DƏHŞƏTLİ QƏTL: Qardaş bacısını başqa kişi ilə tutub...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Yeznəm telefon nömrələri qeyd edilmiş siyahı göstərərək, bacımın həmin siyahıda olan kişilərlə danışdığını dedi”.

Cenublu.az-ın əldə etdiyi məlumata görə, bu sözləri məhkəmə qarşısında bacısını amansızca öldürməkdə təqsirləndirilən Nail Əliyev (ad şərtidir) deyib.

Belə ki, 1991-ci ildə Biləsuvarda anadan olan Nail Əliyev bacısı Gülbəniz Əliyevanın (ad şərtidir) ayrı-ayrı kişilərlə münasibət qurduğunu öyrənib. Bunu özünün və ailəsinin şərəfinə zidd hesab etdiyi üçün qısqanclıq zəminində bu ilin iyunun 5-də bacısının yaşadığı birotaqlı evə gedib. Əlində götürdüyü metal linglə başına vuraraq bacısını öldürüb.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120-ci (xüsusi amansızlıqla bir şəxsi qəsdən öldürmək) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Nail Əliyevə ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü təqsirli bilərək deyib:

“2022-ci ildən Gülbənizlə əri Kamil arasında mübahisələr başladı. Gülbəniz Kamili təhqir edərək ona qarşı nalayiq ifadələr işlədib. Kamilin onu əxlaqsızlıq etməkdə ittiham etdiyini deyirdi. Gedib Kamillə danışdım. Mənə Gülbənizin yad kişilərlə telefonda olan yazışmalarını tutduğunu dedi. Bir müddət keçdi, Kamil Gülbənizlə yenidən dalaşdı. Bacımın ayrılmaq istədiyini eşitdim.

Atamın yası idi. Gülbənizin telefonuna “Su” adlı şəxsdən zəng gəldiyini gördüm. O, özünü şübhəli aparırdı. Zəng edənin kimliyini soruşanda su idarəsinə borcu olduğu üçün zəng etdiklərini dedi. Həmin günün axşamı Gülbəniz qəflətən Bakı şəhərinə getdi. Kamil telefon nömrələri qeyd edilmiş siyahı göstərərək, bacımın həmin siyahıda olan mobil nömrə istifadəçiləri ilə danışmasını və əxlaqsız həyat tərzi keçirdiyini bizə dedi”.

Onun sözlərinə görə, bacısı Nailin bütün dostları ilə gəzib, onun başını aşağı edəcəyini deyib:

“Kamilə, əgər Gülbənizin əxlaqsızlıqla məşğul olmasını hesab edirsə, ondan boşanmasını dedik. O evə qayıtdıqdan sonra ondan əxlaqsız hərəkətlərdən əl çəkməsini, evinə yığışmasını tələb etdik. Bacım isə daha da qıcıqlandırmaq üçün onun bütün dostları ilə gəzib, başını aşağı edəcəyini dedi. “Gənclər Mərkəzi” deyilən yerdə yemək yeyən zaman bacımın, oğlunun və əlavə 3-4 nəfər kişinin səsini eşitdim. Gülbəniz uşağını da götürüb, yad kişilərlə birlikdə yemək yemişdi. Dəfələrlə onun müxtəlif markalı avtomobillərə minib-düşməsini eşitmişdim. Ailəmiz qəsəbədə yaşayan camaat arasında biabır olub. Gülbəniz əxlaqsız söyüşlər söyərək, mənə istədiyi kimi yaşayacağını dedi. Mən də onu öldürmək qərarına gəldim.

Qapının ağzından götürdüyüm metal linglə bacımın başına və bədəninə dəfələrlə zərbələr endirib onu öldürdüm”.

Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində bildirib ki, ölən şəxs bacısı, təqsirləndirilən Nail isə doğma qardaşıdır:

“Atam öldükdən sonra bacımla əri Kamil arasında münaqişə düşmüşdü. Kamil Bakı şəhərindən Hindarx qəsəbəsinə gəldi və bacımın şəhərdə olan zaman müxtəlif kişilərlə danışdığını dedi. Gülbənizlə Kamil rəsmi olaraq boşandılar.

Bizlərlə birlikdə qaldığı ilk günlərdən etibarən Gülbənizin Hindarx qəsəbəsi ərazisində əxlaqsız hərəkətlərlə məşğul olması barədə xəbərlər yayılmağa başladı. Qonşular onu yad adamların avtomobillərinə minib-düşərkən görürmüşlər. Bacım Hindarx qəsəbəsi ərazisində yerləşən marketdə işləməyə başladıqdan sonra adı daha da pis hallanmağa başladı”.

Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.

Sonda məhkəmənin yekun qərarı ilə Nail Əliyev 9 il müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər