Biləsuvar rayonu Çinarlı-Aranlı bələdiyyəsinin sədri Rzayev Pərvi cərimələnə bilər.
Modern.az-ın məlumatına görə, bələdiyyə sədri barədə İnzibati Xətalar Məcəlləsinin 549.2-ci - ( Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə) - maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Biləsuvar rayon Məhkəməsində hakim Nüsrət Mirzəyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə, bələdiyyə sədri dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək.