top
Biləsuvarda ər döydüyü arvadından üzr istədi - ƏVF OLUNDU
15 yanvar 2025, 04:33
- ↺ +

Biləsuvarda ər döydüyü arvadından üzr istədi - ƏVF OLUNDU

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biləsuvar rayonunda 1982-ci il təvəllüdlü Mahir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mədinəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az məlumat verir ki, hadisə 7 sentyabr 2024-cü ildə Biləsuvar rayonunun kəndlərindən birində baş verib. 

Yaşadıqları evin həyətində Mahirin arvadı Mədinə ilə onun atasının yas mərasimindən iş yerinə iclasa getməsi səbəbi ilə mübahisə düşüb.

Mahir mübahisə zamanı Mədinəni yerdən götürdüyü daşla kürək nahiyəsindən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Mahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, 2005-ci ildə Mədinə ilə ailə həyatı qurub: 

“Bizim 3 övladımız var. Əvvəllər ailə münasibətlərimiz yaxşı olub. Son 3-4 aydır ki, aramızda mübahisələr olurdu. Sonuncu dəfə atamın hüzr vaxtı yoldaşım işi ilə əlaqədar Salyan rayonuna iclasa getmək istədi. Mən yoldaşıma icazə verməsəm də, o, həmin iclasa getdi. İclasdan qayıdandan sonra  evə gedərək ona iclasa getməsinə görə əsəbiləşdim. Aramızda mübahisə baş verdiyindən yoldaşım bir az aralıda durarkən həyətdən daşı götürdüm, ona tərəf atdım. Daş yoldaşımın kürəyinə dəydi. Sonra həyətdən uzaqlaşaraq atamın hüzr yerinə getdim. Lakin hazırda əməlimdən peşmançılıq hissi keçirirəm. Buna görə də Mədinədən üzr istəyirəm. Ona dəymiş ziyanı aradan qaldırmışam, barışığa nail olmuşam”. 

Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb. Bu səbəbdən Mahirin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər