top
Biləsuvarda 15 yaşlı qız ZORLANDI
27 fevral 2025, 06:50
- ↺ +

Biləsuvarda 15 yaşlı qız ZORLANDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biləsuvarda məktəbli qıza qarşı zorakılıq edilib.

Cenublu.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Təqsirləndirilən Sahib Əfəndiyev (ad şərtidir) 2003-cü ildə Biləsuvar şəhərində anadan olub. O, 15 yaşlı zərərçəkmiş Aygül Quliyevaya (ad şərtidir) qarşı seksual hərəkətlər edib. Belə ki, ötən ilin mart ayında 4 dəfə Aygüllə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Nəticədə Sahib Əfəndiyev Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən S.Əfəndiyev ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verməkdən imtina edib. Onun istintaqdakı ifadəsi elan edilib:

“Hadisədən 9 ay əvvəl Aygüllə sevgili olduq. Onunla Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən İcra Hakimiyyətinin qarşısında olan parkda tanış olub və “Instagram” vasitəsi ilə mesajlaşaraq əlaqə saxlayırdıq. Bir gün Aygülü hazırlıqdan götürəndə mənimlə birlikdə yaşadığım evə gəlməsini təklif elədim, o da razılaşdı. Evdə olan zaman Aygülə “biz onsuz gələcəkdə evlənəcəyik, gəl indidən cinsi əlaqədə olaq” deyə fikir bildirdikdə, razılıq verdi. Beləliklə, fərqli günlərdə 4 dəfə onun razılığı ilə cinsi əlaqədə olduq.

Daha sonra Aygül hazırlığı dayandırdığı üçün evdən çölə çıxa bilmədi. Sonuncu dəfə onun dəvəti ilə yaşadığı evə getdim. Söhbət edən zaman qızın anası içəri daxil oldu. Əslində həmin gün getmək istəmirdim. Aygül məcbur etdiyi üçün getdim”.

Daha sonra zərərçəkmiş Aygül Quliyeva ifadə verib:

“Bir gün küçədə Sahib mənə yaxınlaşıb tanış olmaq istədiyini dedi. Mən də təklifinə razılıq verib, sosial şəbəkə hesabımı dedim. Onunla “Instagram”da yazışmağa başladıq. Hazırlıq vaxtlarımı bildiyi üçün hər dəfə mənimlə gəlib-gedirdi. Mənə sevdiyini və gələcəkdə ailə quracağımızı deyib inandırmışdı. Daha sonra məni yaşadığı evə aparıb cinsi münasibətdə olmağı təklif etdi. Mən də razılaşdım. Hər dəfə görüşəndə Sahib mənə qarşı əxlaqsız hərəkətlər edib, qeyri-təbii yolla cinsi münasibətdə olmuşuq. Ondan şikayətçiyəm, cəza verilməsini xahiş edirəm".

Məhkəmədə aparılan istintaq və tərəflərin çıxışları ilə Sahib Əfəndiyev cinayət üzrə təqsirli bilinib.

Məhkəmənin qərarı ilə o, 7 il müddətində azadlıqdan məhrum edilib.

 Fidan İlqar

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Oxşar xəbərlər