Bakı şəhərində Cəlilabad rayon sakinləri bir nəfəri bıçaqla yaralayıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 noyabr tarixində verir.
Belə ki, 31 oktyabr tarixində paytaxtın Nəsimi rayonu ərazisində bir şəxs kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Bununla bağlı keçirilən əməliyyat tədbiri nəticəsində əvvəllər oğurluq və quldurluğa görə məhkum olunmuş Cəlilabad rayon sakinləri Niyaməddin Məmmədov və Elsevər Məmmədov müəyyən olunaraq tutulublar.
Faktla bağlı araşdırma aparılır.