top
“Banklarda informasiya təhlükəsizliyi sistemi qurulmayıb” – EKSPERTDƏN AÇIQLAMA
18 yanvar 2025, 02:35
- ↺ +

“Banklarda informasiya təhlükəsizliyi sistemi qurulmayıb” – EKSPERTDƏN AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Özünü “Kapital bank”ın işçisi olaraq təqdim edən şəxs 80 507 manat pulu mənimsəyib.

Bu məsələ insanlar arasında narahatlığa səbəb olub. Hər kəs bu kimi irihəcmli əməliyyatın necə həyata keçirildiyi sualı ətrafında düşünür. Məsələni aydınlaşdırmaq üçün Gencexeber.az–ın əməkdaşı bank məsələləri üzrə ekspert Əkrəm Həsənovla əlaqə saxlayıb.

Ekspertin sözlərinə görə, ümumiyyətlə son illər ərzində vətəndaşlarımızın kart hesablarından pulun çəkilməsi məlumatları ilə qarşılaşırıq:

“Bu kimi hallar get-gedə artır. Bəzən də onlayn kredit götürmək adı ilə aldadırlar. Bu dələduzluq əməllərində ən çox adı çəkilən banklar “Kapital bank” və “Beynəlxalq bank”dır. Elə həftə yoxdur ki, bu kimi problemlə bağlı hansısa vətəndaş mənə müraciət etməsin.

Hətta 26 dekabr tarixində ekspertlərin Mərkəzi Bankın sədri ilə görüşləri keçiriləndə Taleh Kazımova bu sualı ünvanlamışam. Bildirdim ki, hər gün bu problem çıxır. Əsas problemlər elə böyük banklardadır. Taleh Kazımov bu məsələni nəzarətə götürdüyünü və bankların qüsurunun maarifləndirmə işi aparmamaqları olduğunu söylədi. Dedi, əməliyyatlar böyük banklarda çox olduğu üçün problemlər də həmin banklarda olur.

Orta və xırda banklardan heç kəs belə müraciət etmir. Bəzi banklar üzrə belə müraciətlər ümumiyyətlə yoxdur. Əsas iki bank ilə bağlı bu müraciətlər gəlir. Bəzən vətəndaşların öz günahları da var. Zəng edirlər. Deyir, bankın işçisiyəm. Ona bütün məlumatlarını ötürür”.

Ekspert qeyd edib ki, banklarda informasiya təhlükəsizliyi sistemi qurulmayıb:

“Banklarda təhlükəsizlik mexanizmləri olmalıdır. Müəyyən əməliyyatları şübhəli görəndə onların keçirilməsinə imkan verməməlidirlər. Banklarda limitlər olmalıdır. Bir əməliyyatdan 80 min pul çıxarılır. Az məbləğ deyil. Banklarda informasiya təhlükəsizliyi sistemi qurulmayıb. Bank irihəcmli əməliyyatları yoxlamalı və SMS göndərməlidir.

Əsas problem odur ki, böyük banklar müştəri və məbləğ həcminin ardıyca qaçırlar. Buna görə də onlarda təhlükəsiz sistemləri yoxdur. Bu məsələləri qətiyyən fikirləşmirlər. Üzərilərinə götürdükləri bu həcmi həzm edə bilmirlər”.

“Mən inanıram ki, Milli qəhrəman Hökümə Əliyevanıın ailəsində olan problem həllini tapacaq. Ona kompensasiya ödəniləcək. Lakin inanmıram ki, o pulu oğurlayanı müəyyən edəcəklər. Bu kimi əməllər adətən xaricdən edilir. Onlarla, yüzlərlə kompensasiya ödənilməyən şəxslər var ki, hətta məhkəmə iddiaları təmin edilmir. Vətəndaşın məlumatı olmadan onlayn kredit verənlər də olub. Bu sahədə bank sistemimiz çox bərbaddır”, – deyə sonda Ə.Həsənov fikrini tamamlayıb.

Məsələ ilə bağlı Gencexeber.az–ın əməkdaşı “Kapital Bank”a sorğu ünvanlayıb.

“Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Arzu Əliyeva Gencexeber.az- a açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma başlanılıb:

“Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək”.

DİN Mətbuat Xidmətindən isə bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb. Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, dekabrın 25-i səhər “Azerbaijan Airlines” (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla üç ekipaj üzvü var.

Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri – İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 000 manat, həlak olanların hər birinin ailəsinə isə 40 000 manat kompensasiya ödənilməsinə qərar verilib.

Nəzrin Vahid 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər