top
Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb cəlilabadlı sevgilisinə verdi
12 dekabr 2024, 00:35
- ↺ +

Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb cəlilabadlı sevgilisinə verdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda yetkinlik yaşına çatmayan qızı hədələyərək bir kiloqrama yaxın qızıl və xeyli pul alan Cəlilabad sakini həbs edilib.

Publika.az xəbər verir ki, hadisə Xətai rayonu Süleyman Vəzirov küçəsində baş verib.

Cəlilabad rayonunun Göytəpə qəsəbə sakini, 21 yaşlı Elgiz Məmmədov “Instaqram” sosial şəbəkəsində tanış olduğu 13 yaşlı Həliməni (şərti adlı) hədələyərək ondan külli miqdarda qızıl və pul alıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Elgiz sosial şəbəkədə Heydər Əliyev adına liseyin 7-ci sinif şagirdi olan qızla tanış olub və onu sevdiyini deyib. Onlar aprelin 17-də məktəbin qarşısında görüşüblər və 21 yaşlı oğlan 13 yaşlı qıza xoş sözlər deyib, onu sevdiyini, çox bəyəndiyini bildirib. 3 gün sonra Elgiz Həliməyə 8-ci kilometr bazarında ayaqqabı mağazası açmaq istədiyini deyərək ondan 1000 manat borc pul istəyib. Elgizin xoş sözlərinə inanan yeniyetmə evdən gizli şəkildə 1000 manat götürərək ona verib.

Bir neçə gün sonra qız pulu geri istədikdə Elgiz onu hədələməyə başlayıb və birgə çəkilmiş fotolarını “Instaqram”da yayacağını deyib. O, 13 yaşlı qızı hədələyərək pul tələb etməyə başlayıb. Rüsvay olacağından qorxan məktəbli qız evdəki seyfdən 3 min dollar, 1500 manat və bir kiloqrama yaxın qızılı oğurlayaraq yaşadığı binanın dəhlizində Elgizə verib. Nəticədə Həlimənin anasına 82 min manata yaxın maddi ziyan dəyib.

Elgiz də həmin qızıl və pullardan istifadə etməklə özünə yeni biznes qurub və mağaza açıb.

Yeniyetmənin anası evdəki seyfdən oğurluq olmasını bildikdən sonra hüquq mühafizə orqanlarına məlumat verib. Qısa vaxt sonra yeniyetmə qız hər şeyi etiraf edib və seyfdə olan pul və qızılları Elgizə verdiyini deyib.

Polisin keçirdiyi tədbirlərlə Elgiz Məmmədov tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 178 (Dələduzluq əməli) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli hökmü ilə Elgiz Məmmədov 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər