Lənkəran şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vətəndaşları qəbul edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 dekabr tarixində verir.
Görüş 22 dekabr tarixində, saat 11:00-da Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində baş tutacaq. Burada Lənkəran şəhəri, Astara və Lerik rayon sakinlərinin müraciətlərinə baxılacaq.