SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Lənkəran, Astara və Masallı rayonlarında görülən işlərlə tanış olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 tarixində verir.
Belə ki, Ruslan Əliyev Lənkəran rayonunun Şirinsu və Cəlilabad rayonunun Uzuntəpə kəndlərində həyata keçirilən qaz xətlərinin əsaslı təmir işləri və Masallı rayonunun Şərəfə kəndində aparılan qazlaşma işlərinin gedişatı ilə yaxından maraqlanıb.
Sonda ərazilərdə çalışan bir qrup birlik əməkdaşı Fəxri Fərman və hədiyyə ilə təltif edilib.