“Azəriqaz” İB-nin əməkdaşları Cəlilabad rayonunun Xanəgah kəndində vətəndaşları qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 fevral tarixində verir.
“Səyyar qəbul otağı”na 52 nəfər qatılıb. Rayonun Pərdi, Türkelli, Çəmənli, Mikayıllı və Mirzəli kəndlərinin sakinləri müraciətlərini səsləndiriblər. Onlar adları çəkilən ərazilərə təbii qazın verilməsini xahiş ediblər.
Müraciətlərin hər biri birlik əməkdaşları tərəfindən qeydiyyata alınıb.