“Azəriqaz” İB növbəti dəfə “Açıq mikrofon” aksiyasını keçirəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 dekabr tarixində verir.
Belə ki, aksiya:
- 11 dekabr saat 11:00-12:00 aralığında şəhid Murad Muradov adına Cəlilabad rayonu Qarakazımlı kənd orta məktəbinin qarşısında;
- 12 dekabr saat 12:00-13:00 aralığında Masallı rayonu Təzə Alvadı kənd 1 saylı orta məktəbinin akt zalında;
- 14 dekabr saat 11:00-12:00 aralığında Ə.Y. Hacıyev adına Yardımlı rayonu Nisəqala kənd orta məktəbinin qarşısında;
- 15 dekabr saat 11:00-12:00 aralığında Lerik rayonu, A.Əsədullayev küçəsi, 52 ünvanında yerləşən Mədəniyət Mərkəzində keçiriləcək.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.