Azərbaycanın İranla dövlət sərhədində üç yeni buraxılış məntəqəsi inşa olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 noyabr tarixində Report.az-a istinadən verir.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Zəngilan rayonunun Ağbənd qəsəbəsində, Naxçıvan Muxtar Respublikasının ərazisində və Astara rayonunda dövlət sərhədində yeni buraxılış məntəqələrinin inşasına dair İran İslam Respublikası ilə razılaşdırıldıqdan sonra tikinti işlərinə başlanılacaq.