top
Azərbaycanda qəbul imtahanları da onlayn keçirilə bilər
20 yanvar 2025, 23:53
- ↺ +

Azərbaycanda qəbul imtahanları da onlayn keçirilə bilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in keyfiyyət idarəetmə sisteminin təkrar auditinin nəticələrinə həsr olunmuş tədbirdə bildirib ki, rəqəmsal imtahanlara keçid üzrə işlər görülür.

Rəqəmsal imtahanların keçirilməsi ənənəsi Azərbaycana yad deyil, ancaq bütün imtahanların rəqəmsallaşdırılması qəbul və buraxılış imtahanlarının da rəqəmsallaşdırılmasına gətirib çıxara bilər.

Modern.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə ilə həmsöhbət olub.

Sədr bildirib ki, son dövrlərdə ölkəmizin müxtəlif ali məktəblərdə imtahanların təşkili prosesində  rəqəmsallaşmaya geniş yer verilir:

"Bu yanaşma qiymətləndirmənin daha şəffaf olmasına yol açır. Məndə olan məlumata görə, artıq bir neçə ali məktəbdə imtahanlar rəqəmsal formada həyata keçirilir. Tələbə biletin suallarına cavab verir. Sonra cavablar elektron formada müəllimə göndərilir və qiymətləndirilir. Qəbul imtahanlarının da belə təşkili bu istiqamətdə imtahanlarda şəffaflığın artmasına xidmət edə bilər.

Lakin pedaqoji təcrübədə imtahanların keçirilməsinin üç forması məlumdur: şifahi, yazılı və test. Şifahi imtahan hamı tərəfindən birmənalı olaraq, daha üstün yoxlama forması kimi dəyərləndirilir. Lakin şifahi imtahanlarda şəffaflıq imkanları məhdud olduğu üçün bu gün yazılı imtahanlara daha çox üstünlük verilir. Bu imtahanlarda adətən yazı vərəqi kodlaşdırılır və yoxlanması üçün müəllimə verilir. Kimin yazısını yoxladığını bilmədiyi üçün qiymətləndirmə daha obyektiv həyata keçirilir. İndi bu prosesin rəqəmsal formada təşkili daha çox aktuallaşıb. Ali məktəblərimizdə tələbələrin biliyinin qiymətləndirilməsində test imtahanlarından da istifadə olunur. Bu yoxlama formasında testin tərtibindən çox şey asılıdır. Test tapmaca xarakterli deyil, düşündürücü məzmun daşıdıqda qarşısına qoyulan məqsədi yerinə yetirilmiş olur".

H.Əlizadənin sözlərinə görə, dünya təhsilində eyni bir ali məktəbdə imtahanların hər üç formasından istifadə olunduğunu qeyd etmək lazımdır:

"Belə ki, ən ümumi şəkildə götürsək, şifahi imtahanda tələbənin fikrini məntiqa ardıcıllıqla şifahi ifadə etmək (şifahi nitq), yazılı imtahanda tələbənin fikrini məntiqa ardıcıllıqla yazılı ifadə etmək (yazılı nitq), test imtahanında isə cavablar arasından daha düzgün cavabı seçmək bacarıqlarının qiymətləndirilməsi imkanları geniş olur. Bu bacarıqların hər birinin inkişaf etdirilməsi onun mütəxəssis kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Lakin şəffaflığın qorunması imtahanların rəqəmsal formada təşkilini zəruri edir. Onu da qeyd edim ki, son dövrlərdə ali məktəblərimizin bəziləri müəyyən imtahanların şifahi formada təşkilinə başlayınılıbdır. Hesab edirəm ki, imtahan prosesinin təşkilində şəffaflığın nə qədər əhəmiyyətli olduğunu təhsil subyektlərinin hamısı dərk etdikdən sonra imtahanların digər formalarından da istifadə etmək mümkün olacaqdır".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər