top
Azərbaycanda həkimlərə reseptlə bağlı xəbərdarlıq: bunu etsələr cərimələnəcəklər
19 dekabr 2024, 05:46
- ↺ +

Azərbaycanda həkimlərə reseptlə bağlı xəbərdarlıq: bunu etsələr cərimələnəcəklər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qida əlavələrinin reseptə yazılmasına görə cərimələr artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir. Layihəyə əsasən, bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə ediləcək. 

Hazırda bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər 50 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 150 manatdan 200 manatadək məbləğdə cərimə edilir.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müfəttişi Mahmud Yusifov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, mövcud qanunvericiliyə əsasən, resept elektron formada tərtib olunur və bu zaman xəstəliyin diaqnozu göstərilməlidir.

Onun sözlərinə görə, diaqnozu müəyyən edilmiş xəstəliyin müalicəsi üçün yalnız dərman vasitələrindən istifadə oluna bilər: “Bioloji aktiv qida məhsulları xəstəliyin müalicəsində istifadə olunmur və onlar yalnız dəstəkləyici əhəmiyyət daşıyır. Hazırda Azərbaycanda elektron resept sistemi tətbiq olunur və bu faktor nəzarəti gücləndirməyə imkan verir. Nəzərinizə çatdırmaq istəyirik ki, Səhiyyə Nazirliyinin tabeliyindəki bütün qurumlar elektron resept sisteminə keçid ediblər. Apteklərdə məhsullar çeşidi genişdir və yalnız dərman vasitələri ilə məhdudlaşmır. Bu o demək deyil ki, aptekdə satılan hər məhsul reseptə yazıla bilər”.

M.Yusifov vurğulayıb ki, reseptin yazılması tibbi prosedurun bir parçasıdır: “Aptek isə sahibkarın öz hüquqları daxilindədir. Dövlət orqanlarına hüquqi və fiziki şəxslər tərəfindən daxil olan müraciətlər əsasında, habelə tərəfimizdən aparılan yoxlamalarda bioloji aktiv qida məhsullarının reseptlərə yazılması halı aşkar edilərsə, bu zaman protokol tərtib olunur. Səhiyyə Nazirliyi vasitəsilə tərtib edilmiş protokollar məhkəmə orqanlarına göndərilir. Bir daha vətəndaşlara səslənirik ki, belə halla rastlaşdıqları təqdirdə Analitik Ekspertiza Mərkəzinin bir pəncərə sektoruna (pharma.az) və ya qaynar xəttinə müraciət edə bilərlər”.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər