top
Azərbaycanda dövlət qurumlarının saytlarını hədəfə almış govaz.am domeni bloklanıb
21 fevral 2025, 00:06
- ↺ +

Azərbaycanda dövlət qurumlarının saytlarını hədəfə almış govaz.am domeni bloklanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının saytlarını hədəfə almış govaz.am adlı saxta domeni bloklayıb.

Cenublu.az xəbər verir ki, bunu Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun Bakıda keçirdiyi “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda bildirib.

Onun sözlərinə görə, həmin saxta domen 1 ay bundan əvvəl aşkarlanıb.

İdarə rəisi həmçinin ötən gün bir sıra media qurumlarının, o cümlədən "Report" İnformasiya Agentliyinin saytına da kiberhücumların edildiyini xatırladıb.

Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov isə deyib ki, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət, dövlətimizin günü-gündən möhkəmlənməsi heç də hər kəsin sevincinə səbəb olmur: "Bütün bu uğurları gözü götürməyən qüvvələr var. Biz bunu istər dövlət, istərsə də özəl sahələrə qarşı həyata keçirilən kiberhücum tendensiyalarından da görə bilirik. Elə dünən media qurumlarının saytlarına qarşı həyata keçirilən kiberhücumlar dediklərimin bariz nümunəsi kimi özünü göstərir.

Belə hücumlar həmişə olub və olacaq. Dövlət orqanları istiqamətində olan belə hücumlar demək olar ki, tam şəkildə aradan qaldırılır. Media qurumlarına gəlincə isə hücumlar əsasən resursları kənarda yerləşdirilənlərə olur. Bu məsələlərdə bir az diqqətli olmaq lazımdır. Maarifləndirmə işləri aparılmalı, görüşlər keçirilməli, lazımi tədbirlər görülməlidir ki, belə halların qarşısını tez ala bilərik. Bəzən bizə elə gəlir ki, açıq mənbələrdə elə bir məlumat yoxdur. Ancaq xüsusi xidmət orqanları açıq mənbələrdən apardığı təhlil məlumatları ilə külli miqdarda əməliyyat məlumatları əldə edir. Belə bir sual çıxır ortaya, Əgər açıq mənbələrdə heç nə yoxdursa, niyə ora kiberhücumlar olur? Bu nöqteyi-nəzərdən indiki zamanda hər şeyə sadə baxmamalıyıq. Hər şeyə təhlükəsizlik prizmasından baxmaq lazımdır. Hər kəs fəaliyyət göstərdiyi sahədə təhlükəsizliyni təmin edilməsi imkanlarını tam tətbiq etməlidir".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Oxşar xəbərlər