Astara rayon Ərçivan qəsəbə 3 saylı tam orta məktəbi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 6-cı qrant layihəsi"ndə "Məktəb" kateqoriyası üzrə qalib olub. Bu haqda bu gün, 1 mart tarixində Cenublu.az ARB Cenub-a istinadən xəbər verir.
"AstaraSat" layihəsinin məqsədi Azərbaycanda məktəb şagirdləri arasında kosmik sənayeyə maraq oyatmaqdır. Layihənin icrası zamanı şagirdlər üçün C++ proqramlaşdırma dərsləri, dronların idarə edilməsi və proqramlaşdırılması dərsləri təşkil edilib. Layihənin sonunda şagirdlərin hazırladığı modul tipli peyk sınaqdan keçirilib.
5 ay müddətində davam edən layihənin bağlanışında Astara rayonu üzrə təhsil sektorunun müdiri Ülviyyə Əliyeva, təhsil sektorunun digər əməkdaşları və Astara rayonunun bir sıra məktəblərinin direktorları iştirak ediblər. Layihənin icrası zamanı fəal iştirakçılara sertifikatlar verilib.